Çərşənbə , İyun 16 2021
Ana səhifə / İdman / Rəşad Sadıqov “Qarabağ”dan istefa verdi

Rəşad Sadıqov “Qarabağ”dan istefa verdi

“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov vəzifəsindən ayrılıb.

Azərbaycanın U-20 və U-21 yığmalarının da baş məşqçisi, eyni zamanda “Qarabağ”ın kapitanı olan Sadıqov işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. “Qarabağ”ın U-19 komandamızın yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medal qazanıb, eyni zamanda UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan təmsilçisi olub.

Həmçinin oxuyun

“Camaat vaksini vurdurmağa qorxur“ – Kamil Zeynallı

Ölkəmizdə mərhələli şəkildə yumşaldılma tədbirləri çərçivəsində bir çox məkanlar, iaşə obyektləri açıldı. Əlbəttə, açılmayan məkanlar …