Cümə , Yanvar 22 2021
Ana səhifə / İdman / Rəşad Sadıqov karyerasını başa vurdu

Rəşad Sadıqov karyerasını başa vurdu

Azərbaycan millisinin sabiq futbolçusu, “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov karyerasını başa vurub.

Bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov KİV-ə açıqlamasında bildirib.

“Rəşadla futbolçu kimi yollarımızı ayırdıq. Əvvəl də bildirmişdik ki, son mövsümüdür. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindir. Əvvəlcədən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını bitirmək istəyirdi, mən qoymamışdım”, – deyə baş məşqçi vurğulayıb.

Həmçinin oxuyun

Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC prezidenti Deyna Uaytın onun idmana qayıtma ehtimalının olması barədə …