Bazar ertəsi , May 27 2024
Ana səhifə / İdman / Rəşad Sadıqov: “Heyətdən kənarlaşdırılan futbolçulara çox qayğı göstərmişəm”

Rəşad Sadıqov: “Heyətdən kənarlaşdırılan futbolçulara çox qayğı göstərmişəm”

“Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda istəkli idi”.

“Report” xəbər verir ki, bunu “Zirə”nin baş məşqçıisi Rəşad Sadıqov “Sumqayıt” ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

41 yaşlı mütəxəssis çoxlu qol imkanlarının olduğunu bildirib: “Amma bundan yararlana bilmədik. Komandanın oyunu düzələndən sonra nəticə gələcək”.

Sadıqov heyətdən kənarlaşdırılaraq transferə çıxarılan Təmkin Xəlilzadə və İlkin Muradov haqqında da danışıb: “Hamı bilir ki, bu futbolçulara çox dəstək olmuşam. Detallara varmaq istəmirəm. Bu oyunçulara qayğı göstərmişəm. Müəyyən səbəblər var ki, belə qərarlar qəbul etdik. Hər ikisi yaxşı futbolçudur. Onlara gələcək karyeralarında uğurlar arzulayıram”.

Həmçinin oxuyun

“Qalatasaray” Türkiyə Superliqasının qalibi olub

Futbol üzrə Türkiyə Superliqasının qalibi müəyyənləşib. “Report”un məlumatına görə, sonuncu – XXXVIII turun həlledici qarşılaşması …