Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / İdman / Qurban Qurbanovun oğlu İsveç çempionatında debüt etdi

Qurban Qurbanovun oğlu İsveç çempionatında debüt etdi

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında ilk oyununa çıxıb.
Gənc forvard İsveç Allsvenskanının XVI turunda “Elfsborq”a qarşı oyunda debüt edib. O, 58-ci dəqiqədə Coel Asoronu əvəzləyib.

Hazırda matçda üstünlük rəqib klubdadır, “Yurqorden” 0:4 hesabı ilə məğlub durumdadır.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb. O, son olaraq “Qarabağ”ın uğurları üçün çalışıb.

Həmçinin oxuyun

Millimiz UEFA Millətlər Liqasında qələbə qazanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.Komanda ikinci oyununda səfərdə Monteneqro …