Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Qurban Qurbanovun oğlu ən yaxşı hücumçu seçildi

Qurban Qurbanovun oğlu ən yaxşı hücumçu seçildi

Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirinə yekun vurulub. 
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final qarşılaşmasında Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub – 3:0. III yeri isə meydan sahibi Qazaxıstanı 2:0 məğlub edən Tacikistan tutub.
Yığmamızın üzvlərindən Veysəl Rzayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Musa Qurbanlı isə ən yaxşı hücumçusu adına layiq görülüb.
Qeyd edək ki, Musa Qurbanlı Qurban Qurbanovun oğludur.(oxu.az)

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …