Cümə , Dekabr 1 2023
Ana səhifə / İdman / Qurban Qurbanovun həyatından film çəkilib

Qurban Qurbanovun həyatından film çəkilib

Filmdə futbol mütəxəssisinin ayrı-ayrı yaş dövrünü 4 fərqli aktyor canlandırıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında bədii film çəkilib.

“Stadionlar səssiz olanda” adlı tammetrajlı bədii filmin rejissoru Əli Səttar Quliyevdir.

Rejissor bildirib ki, filmdə Qurban Qurbanovun 1980-ci illərdən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

Məşqçinin müxtəlif dövrlərdə olan obrazlarını Səmimi Fərhad, Məmməd Əlili, Nağı Əmir, Amin Adıgözəlov canlandırıb.

Çəkilişlər Bakı və Zaqatalada aparılıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunan film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

Həmçinin oxuyun

İki güləşçimiz dünya çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl …