Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

“Futbolçularımı təbrik edirəm. Hesabın böyük olmasına baxmayaraq, vacib qələbə əldə etdik”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə darmadağın etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis möhtəşəm stadionda çılğın azarkeşləri olan komandaya qarşı oynadıqlarını bildirib: “Burada mübarizə aparmaq xoşdur. Rəqibə uğurlar arzu edirəm. Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq”./Report

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …