Bazar , Yanvar 17 2021
Ana səhifə / İdman / Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

“Vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Son 8 gündə 3-cü oyunumuz idi. Komandanın sona kimi mübarizə aparmağa gücü çatdı”.

Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Şerif”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

“Çox çətin idi. Sönük oyun kimi görünsə də, xeyli qol epizodlarımız oldu. Bunlardan istifadə etmədiyimizə görə əsəbi oyun alındı. Mərhələ keçmək vacib idi. Minimum Avropa Liqasının pley-offunu təmin etdik”, – deyə Q.Qurbanov bildirib.

Həmçinin oxuyun

Əsrin ən çox qol vuran futbolçuları açıqlandı – ADLAR

21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları …