Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Qurban Qurbanovdan “Molde” ilə oyunöncəsi onu narahat edən nüanslarla bağlı AÇIQLAMA

Qurban Qurbanovdan “Molde” ilə oyunöncəsi onu narahat edən nüanslarla bağlı AÇIQLAMA

“Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Avropa Liqasının III təsnifat mərhələsində Norveç təmsilçisi “Molde” ilə qarşılaşacaq çempionumuzun çalışdırıcısı fikirlərini davam etdirib:

“Ümumi durum pis deyil, bir neçə futbolçumuzun mikrozədələri var, bu, bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir. Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadır.

“Molde” fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik”.

Qeyd edək ki, sentyabrın 16-da Kiprdə, “AEK Arena”da keçiriləcək “Qarabağ”- “Molde” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …