Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / İdman / Qurban Qurbanov: “Uğurlu nəticə qazana bilərik”

Qurban Qurbanov: “Uğurlu nəticə qazana bilərik”

“Sevilya” kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidir. Bir ilə yaxın idi ki, azarkeşlərimiz belə rəqibə qarşı canlı oyun izləmirdilər.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah Bakıda “Sevilya” ilə keçiriləcək oyunla əlaqədar mətbuat konfransında deyib.

Baş məşqçi qeyd edib: “Düşünürəm ki, sabah meydanda yaxşı bir kollektiv görəcəyik, sona qədər mübarizə aparacağıq. Baxmayaraq ki, “Sevilya” Avropa Liqasında çıxış edir, düşünürəm ki, bu komanda Çempionlar Liqasında oynamağa layiqdir. Öz meydanımızda oynayırıq, maksimum ən yaxşısını etməyə çalışacağıq. İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik”.

Həmçinin oxuyun

“Qarabağ”ın dünyanın ən məhsuldar 10 klubu siyahısına düşməsinə 2 qolu çatmayıb

Dünyanın ən məhsuldar klublarının siyahısı açıqlanıb. Cari mövsüm öz ölkəsinin yüksək liqasında orta məhsuldarlığı ilə …