Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Qurban Qurbanov təklif etdi: klubların sayı artırılır

Qurban Qurbanov təklif etdi: klubların sayı artırılır

Topaz Premyer Liqasında növbəti mövsüm neçə komandanın iştirak edəcəyi müəyyənləşib.
Sport24.az xəbər verir ki, elitada 10 komanda mübarizə aparacaq.
Bu təşəbbüs “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovtərəfindən millinin “sükanı arxası”na keçmək təklifini qəbul edərkən irəli sürüb. Təcrübəli mütəxəssis çempionatın səviyyəsinin yüksəlməsi üçün komanda sayının artmasına zərurət yarandığını bildirib. Artıq AFFA tərəfindən bu ideya dəstəklənib və növbəti mövsüm elitaya daha 2 komandanın yüksələcəyinə dair qərar qəbul olunub.
Premyer Liqa təmsilçilərindən heç biri süquta uğramasa, 2017/18 mövsümündə elitanı tərk edən olmayacaq. Ancaq I Diviziondan qızıl və gümüş medalın sahibi, yoxsa digər pillələrdə qərarlaşmış komandaların yüksələcəyi hələ dəqiqləşməyib.
Bundan əlavə 2018/19 mövsümündən Premyer Liqanı ən azı 1 komandanın tərk edəcəyinə dair qərar verilib. Eyni zamanda, sözügedən mövsümdən I Diviziondan ən azı çempionun Premyer Liqaya yüksələcəyi də dəqiqləşib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …