Şənbə , May 21 2022
Ana səhifə / İdman / Qurban Qurbanov təltif olunmasından danışdı

Qurban Qurbanov təltif olunmasından danışdı

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət” ordeninə layiq görülməsinə və aldığı coxsaylı təbriklərə münasibət bildirib.
Belə ki, 50 illik yubileyini qeyd edən təcrübəli mütəxəssis qol.az saytına verdiyi açıqlamada deyib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Ali Baş Komandanımızın məni “Şöhrət” ordeni ilə təltif etməsi karyeramın ən böyük hədiyyəsi oldu. Belə qayğı və diqqətə görə minnətdaram. Bu gün çoxlu təbriklər almışam. Təbrik edən hər kəsə təşəkkür edirəm. Əmin oldum ki, “Qarabağ” və mənim uğurlarımı izləyirlər, istəyirlər. Allah Azərbaycan xalqını qorusun”.

Həmçinin oxuyun

Rusiyada 17 ildən sonra stadionlarda spirtli içkilər satılacaq

Futbol üzrə Rusiya Premyer Liqasının sonuncu – XXX turunun “Dinamo” (Moskva) – “Soçi” oyununda spirtli …