Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Qurban Qurbanov sabah millinin baş məşqçisi ola bilər

Qurban Qurbanov sabah millinin baş məşqçisi ola bilər

Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postundan getməsindən sonra bu vəzifəyə ən çox “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov namizəd göstərilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sabah Bakı Olimpiya Stadionunda İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Qurban Qurbanovun da üzvü olduğu komitə baş məşqçi ilə bağlı son qərarı verəcək.

Adını açıqlamayan mənbə böyük ehtimalla bu posta məhz Qurbanovun gətiriləcəyini qeyd edib.

O, millimizin baş məşqçisi postunu tutmaqla yanaşı “Qarabağ”dakı işini də davam etdirəcək.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …