Şənbə , Dekabr 5 2020
Ana səhifə / İdman / Qurban Qurbanov: “Roma” ilə oyuna yaxşı hazırlaşmışıq

Qurban Qurbanov: “Roma” ilə oyuna yaxşı hazırlaşmışıq

“Bu, Bakıda ilk oyunumuzdur. Hamımız üçün önəmli olduğunu düşünrəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir”

Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək “Roma” oyunu ilə bağlı açıqlamasında deyib.

Qurbanov deyib ki, “Roma”nı bəlkə də kimlərsə silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır.

“Çalışacağıq ki, müsbət nəticə əldə edək. Avropa təcrübəmiz olsa da, bunlar tam fərqli turnirlərdir. Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da, bu görüşə yaxşı hazırlaşmışıq. Daha yaxşı çıxış etməyə çalışacağıq”.

Həmçinin oxuyun

Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək

2020-ci il Yay Olimpiya oyunlarının koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınması Yaponiyaya …