Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / İdman / Qurban Qurbanov: “Rəqib məğlubiyyətə layiq deyildi”

Qurban Qurbanov: “Rəqib məğlubiyyətə layiq deyildi”

“Gördüyünüz kimi, bizim üçün çətin oyun oldu. “Qəbələ” klubu çox yaxşı oynadı, məğlubiyyətə layiq deyildi”

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın XXIII turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında deyib. 

“Futbolçularıma təşəkkür edirəm, belə hava şəraitində düzgün oynadılar. Oyunda surət olmasa da, komandam tapşırıqları yerinə yetirməyə çalışdı. Məğlub olsalar belə, onlardan razı qalacaqdım. Rəqibə uğurlar arzulayıram”, – Ağdam klubunun baş məşqçisi deyib. 

Həmçinin oxuyun

Rafael Ağayev Mərakeşdə bürünc medal qazanıb

Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) “Karate 1” seriyasından Premyer Liqa turniri başa çatıb. …