Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / İdman / Qurban Qurbanov niyə Ağdama getməyib?

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada yer almayıb.

 Belə ki, 48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb.

Amma bunun koronavirusla bağlı olmadığı bildirilib.

Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər. Baş məşqçinin ötən gün komanda ilə birlikdə Ağdama yollana bilməməsi də eyni səbəbdən baş verib.

Qeyd edək ki, “Qarabağ”ı “Səbail”lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb. /Report

Həmçinin oxuyun

Çempionlar Liqasında komanda sayı artırılacaq – Rəsmi

UEFA Çempionlar Liqasında format dəyişikliyini təsdiqləyib. “Report”un məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin …