Ana səhifə / İdman / Qurban Qurbanov: “Meydanda əsl futbol var idi”

Qurban Qurbanov: “Meydanda əsl futbol var idi”

“Bəzən belə oyunlarun bitməsini istəmirsən. Meydanda əsl futbol var idi”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Sabah”a 4:3 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfrasında deyib.
50 yaşlı mütəxəssis yaxşı oyuna görə rəqibi təbrik edib: “Bu gün elə oyun oldu ki, “Sabah”a ancaq alqış düşür. Qarşımızda istəkli komanda var idi. Bu qarşıdakı rəqibi də daha məsuliyyətli edir. Oyunçularımı da təbrik edirəm. Çox əziyyət çəkdilər. Azarkeşlər bu gün əsl futbol gördülər.. Sürət, dinamika, hücumlar və qollar var idi. Nəticə öz yerində ümumi oyundan razı qaldım
Qurbanov meydanda Avropa səviyyəli mübarizənin getdiyini diqqətə çatıdırıb.
Baş məşqçi məcburiyyətdən heyətdə bir neçə dəyişikliklər etdiyini söyləyib: “Maksim Medvedev və Rail Məmmədov təxminən 1 ay oynamayacaq. Bədavi Hüseynovun durumu ciddi deyil. “Frayburq”la görüşdən əvvəl sonra əzələsində ağrı hiss etdi. Amma çox da risk etmək istəmədik. Digər oyunçuların daha çox sağlam olması üçün bu cür heyətlə meydana çıxdıq. Bəhlul Mustafazadə özünü yaxşı hiss etsə də, onu əvəzlədik. Futbolçular qısa vaxt ərzində çox matç keçirəcəklər. Bu səbəbdən oyunçuların sağlamlığını düşündük”.
Mütəxəssis Bədavi Hüseynovun Fransa “Nant”ına qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçında oynamaq ehtimalının olduğunu sözlərinə əlavə edib: “Sabah və ya növbəti gün dəqiq bilinəcək.
Qurbanov ikinci penalti epizodundan oyunçularına etiraz etməsinin səbəbini də açıqlayıb: “Həmin an tez sevinirdilər. Penalti hələ vurulmamışdı. Ona görə belə reaksiya verdim.
Baş məşqçi hakimlik haqqında da danışıb: “Onlar üçün ən çətin matçlardan biri idi. Hər iki tərəfə qarşı səhvlər var idi və oyunun gedişatına görə idi. Bunlara səhv demək də olmaz”.
Təcrübəli mütəxəssis son olaraq rəqibin çətinmədən mübarizə apardığını xatırladıb: “Hücum etməyə çalışırdılar. 2-ci qoldan sonra futbolçuların emosiyaları həddindən artıq idi. Çox sevindilər. Oyunun ritmi bir qədər itdi. Futbolçular mövqe dəyişikliklərinə öyrəşincə rəqib bunlardan istifadə etdi. Oyun elə idi ki, hər nəticəyə həm hazır, həm də razı idim. İstənilən nəticə ola bilərdi”.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …