Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İdman / Qurban Qurbanov ilin məşqçisi seçildi – Fotolar

Qurban Qurbanov ilin məşqçisi seçildi – Fotolar

Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 

64 mətbu orqanından 68 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. O, 59 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 10-cu dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Sorğuda iştirak edənlərdən 6-sı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova, 2-si “Qəbələ”yə ölkə kubokunu qazandırmış Sənan Qurbanova, 1-i isə “Səbail”in çalışdırıcısı Aftandil Hacıyevə səs verib. Maraqlıdır ki, “Neftçi”nin italiyalı baş məşqçisi Robertə Bordinə sorğuda səs verən olmayıb.

“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionu olub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Köhlən atlar” cari mövsümdə də 31 xalla Azərbaycan Premyer Liqasının vahid lideridir.

Qurban Qurbanova səs verənlər arasında Oxu.Az-ın əməkdaşı Səbuhi Musayev də olub. 

Yeri gəlmişkən, “Qarabağ” klubu tədbirdə iştirak edən jurnalistləri də mükafatlandırıb. Püşk əsasında seçilmiş beş jurnalistə endirim kartı verilib. Mükafatlandırılanlar arasında Səbuhi Musayev də olub. /oxu.az

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …