“Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hər bir halda, hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq”
Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Bütün komandaların qrupdan çıxmaq şansının olduğunu bildirən baş məşqçi sonadək mübarizə aparacaqlarını vurğulayıb: “Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək”.
Həmçinin oxuyun
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb. İdman.biz xəbər verir ki, planetin 500 ən …