Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İdman / Qurban Qurbanov: “Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür”

Qurban Qurbanov: “Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür”

“Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür. Cavab oyununa daha ciddi hazırlaşacağıq”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qəbələ”yə səfərdə 0:1 hesabı ilə uduzduqlar ilk oyununda sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, səfərdə qələbə qazanmaq istəsələr də, rəqibin ciddi müqaviməti ilə üzləşiblər: “Cari çempionatda “Qəbələ”yə 4 oyunda qalib gəlsək də, heç də asan başa gəlməmişdi. Bu gün bunu göstərdilər. Rəqib müsbət nəticə əldə etdi. Çox istəyirdik qalib gələk, ancaq alınmadı”.

Qeyd edək ki, cavab oyunu mayın 1-də keçiriləcək.

Həmçinin oxuyun

“Qarabağ”ın dünyanın ən məhsuldar 10 klubu siyahısına düşməsinə 2 qolu çatmayıb

Dünyanın ən məhsuldar klublarının siyahısı açıqlanıb. Cari mövsüm öz ölkəsinin yüksək liqasında orta məhsuldarlığı ilə …