Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Qurban Qurbanov: “Düşündüyümüzü etsək, nəticə əldə etmiş olacağıq”

Qurban Qurbanov: “Düşündüyümüzü etsək, nəticə əldə etmiş olacağıq”

“Güclü komandaya qarşı oynayacağıq. Rəqib gücünü Bakıda göstərdi. Çox istəkli oyunçuları var. Ağır matç olacaq. Çalışacağıq ki, sonadək mübarizə aparaq. Rəqib haqda çox söz deməyə ehtiyac yoxdur. Belə bir stadionda “Atletiko”ya qarşı oynamaq bizim üçün böyük təcrübə olacaq”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İspaniyada “Atletiko”ya qarşı oynayacaqları Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib.

“Çox ciddi problemlərimiz var. Rəqibin sabah meydana son oyun kimi çıxacağını nəzərə almaq lzımdır. İlk növbədə istəkli, aqressiv və düzgün oynamalı, rəqibin hücumlarının qarşısını almalı və sonra düşündüyümüz hücumları qurmalıyıq. Düşündüyümüzü etsək, nəticə əldə etmiş olacağıq”, – Qurbanov bildirib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …