Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / İdman / Qurban Qurbanov: “Çox ciddi komandaya qarşı oynayacağıq”

Qurban Qurbanov: “Çox ciddi komandaya qarşı oynayacağıq”

“Çox ciddi komandaya qarşı oynayacağıq”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyada yerli “Bayer 04” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibin baxımlə oyun sərgilədiyini və Bundesliqada lider olduğunu söyləyib: “Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Biz hər komandaya qarşı fərqli hazırlıq keçirik. Rəqib isə 2-3 sistemdə oynaya bilir. Futbolçular bu cür qarşılaşmalar oynadıqca böyüyür”.
Qurbanov matç üçün start heyətin bəlli olduğunu vurğulayıb: “Görüşün gedişində müəyyən dəyişikliklər ola bilər”.Qeyd edək ki, oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək “Bayer 04” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həmçinin oxuyun

Qurban Qurbanovdan kövrələrək ayrıldığı futbolçusuna XÜSUSİ ZƏNG

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted”in (Tailand) Asiya Çempionlar …