Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Qurban Qurbanov “Çelsi”nin bazasında – FOTOLAR

Qurban Qurbanov “Çelsi”nin bazasında – FOTOLAR

Azərbaycanın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov “Çelsi”nin bazasına yollanıb.

Q.Qurbanov “Çelsi”nin “Soutqempton”la oyunu izləyib.

Ötən gün klubun akademiyasında olan Qurban Qurbanov “Çelsi”nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və akademiyanın strukturu ilə tanış olub.

“Çelsi”nin baş məşqçisi Antonio Konte ilə görüşən baş məşqçimiz həmkarıyla fikir mübadiləsi aparıb və komandanın məşqində iştirak edib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …