Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Qurban Qurbanov: “Cavab matçında daha çox güc sərf etməli olacağıq”

Qurban Qurbanov: “Cavab matçında daha çox güc sərf etməli olacağıq”

“Cavab matçında daha çox güc sərf etməli olacağıq”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Belçikada “Gent”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis vacib görüşə ciddi hazırlaşdıqlarını bildirib: “Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik”.
O, Marko Yankoviçin zədələnməsinə üzüldüyünü söyləyib: “Təkcə oyunumuza yox, həm də özünə görə məyus oldum. Çox yaxşı vəziyyətdə idi. Əvvəlki formasını yenicə bərpa etmişdi. İkinci dəfə zədələnməsinə üzüldüm. Futbolçularımın sağlam olması mənə əlavə güc, düşüncə verir. Buraya gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik”.
Qeyd edək ki, fevralın 23-də “Gelamko Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …