Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İdman / Qurban Qurbanov: “Bunların hamısı düşündüyümüz kimi alınsa…”

Qurban Qurbanov: “Bunların hamısı düşündüyümüz kimi alınsa…”

“Son oyunumuza çıxırıq. Hər iki komanda üçün çox vacib qarşılaşmadı. İlk gündən bu rəqibə böyük hörmət bəsləyirəm. Futboçularının ustalıq səviyyəsi yüksəkdi. Ancaq komandama inanıram və hazırı”.
Bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Kosovo ilə səfər oyundan öncə mətbuat konfransında deyib.
Baş məşqçi sabah komandamızın hücumda oynayacağını bildirib: “Rəqib komanda hücumameylli oynayır. Üstəlik, evdə oynayırlar. Hər bir halda təcrübəli baş məşqçiləri var. Daha düzgün qərarı o, verə bilər. Əlbəttə, biz də hücumda oynamağa çalışacağıq. Əsas bizim hücumda oynamağımızdı. Nə qədər təzyiq göstərə bilsək, onlar bir o qədər müdafiəyə oturacaqlar. Ancaq bir daha qeyd edirəm ki, Kosovonun hücum potensialı daha çoxdu”.
Mütəxəssis rəqib baş məşqçi Bernard Şallanda Azərbaycanı favorit hesab etməsinə görə təşəkkür edib: “Xoş sözlərə görə ona təşəkkürümü bildirirəm. Bu gün əlavə fikirlər bildirsəm, tərif olacaq. Bu komandanın böyük potensialı var. Həm azarkeşlər, həm də doğma meydan amili rəqib tərəfdədi. Xal fərqində də öndədilər. Amma mən Farer adaları ilə oyundan sonra da demişdim ki, Kosovoya qələbə üçün gedirik. Bunu futbolçular da dərk edirlər. Mənim üçün göstərilən oyun, ortaya qoyulan xarakterdi. Bunların hamısı düşündüyümüz kimi alınsa, uğur bizim tərəfdə olacaq. Amma bu dəqiqə kimin favorit olduğuna dair fikir yoxdu. Səfərdə oynayırıq və nəticə üçün nə lazımdırsa, onu fikirləşirik”.
Qurban Qurbanov zədəli futbolçularla bağlı da məlumat bildirib: “Pavel Paşayevlə bağlı qərar sabah veriləcək. Kamran Ağayevoynamayacaq. Qalanlarının kiçik zədələri var. Düşünürəm ki, oyunadək tam hazır olacaqlar. Çox istərdim ki, futbolçular sağlam olsunlar. Amma mən zədələri düşünmək istəmirəm. Sabah meydana hər bir futbolçunu ürəklə buraxa bilərəm. Bunun üçün onların istək və həvəslərini görürəm”.

Həmçinin oxuyun

“Qalatasaray”dan Azərbaycana növbəti dəstək – FOTO

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini …