Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Qurban Qurbanov: “Buna görə təəssüflənmirəm”

Qurban Qurbanov: “Buna görə təəssüflənmirəm”

“Hər oyunumuz vacibdi. Matçların sayı azaldıqca, daha vacib olur. Çətin, fərqli sistemdə çıxış edən rəqibə qarşı oynayırıq. Matçın əhəmiyyətini hamımız yaxşı bilirik. Futbolçularımızın bu qarşılaşmaya hazır olacağını düşünürəm”.
Bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının IV turunda Malta yığması ilə oyundan əvvəl söyləyib.
Mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında sabahkı oyunla bağlı danışıb: “Farer adaları ilə oyunla müqayisədə heyətdə ciddi dəyişiklik olmayacaq. Sabah səhər məşqindən sonra heyəti müəyyənləşdirəcəyik. Malta həm bizə, həm Kosovoya qol vurub. Eləcə də Farer adalarına. Bu da onu göstərir ki, diqqət etməliyik. Kosovo ilə səfər görüşlərinə baxmışıq. Bu komandaya qol vurmaq və buraxmamaq üçün diqqətli olmalıyıq”.
Qurbanov “Rüfət Dadaşovun oyunu hamı tərəfdən bəyənildi. Daha öncəki oyunlarda onu dəvət etmədiyinizə görə, təəssüflənmirsiniz” sualına belə cavab verib: “Xeyr. Biz bütün oyunçuları izləyirik. Ən yaxşı formada olanda dəvət edirik. Futbolçu sayımız məhduddu və təəssüf ki, hətta ideal formada olmayanları da bəzən dəvət edirik”.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …