Cümə , Fevral 3 2023
Ana səhifə / İdman / Qurban Qurbanov Belçikaya gedir – “Qarabağ“ın rəqibini izləyəcək

Qurban Qurbanov Belçikaya gedir – “Qarabağ“ın rəqibini izləyəcək

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri “Gent”in yerli çempionatdakı oyununu izləmək üçün Belçikaya gedəcək. 

Bu barədə qol.az saytına açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.

O deyib ki, Qurban Qurbanov yanvarın 14-də Belçikaya yola düşəcək. O, klubun video-analitik məşqçisi Yanuş Vasilyevlə birgə yanvarın 15-də “Gent” – “Kortriyk” qarşılaşmasını tribunadan izləyəcək”.

Qeyd edək ki, “Gent” – “Kortriyk” görüşü yanvarın 15-i Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. “Gent” hazırda Belçika çempionatında 31 xalla 5-ci, “Kortriyk” isə 18 xalla 15-cidir. Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək. 

Həmçinin oxuyun

Qurban Qurbanov “Qarabağ“ın yeni transferlərindən danışdı

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov transfer məsələlərindən danışıb. O, yeni transferlər haqqında danışarkən qeyd edib: “Əlavə …