Ana səhifə / İdman / Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

“İstəyimiz çox idi, qalib gəlmək istəyirdik”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda “Frayburq”la keçirilən oyun barədə danışarkən deyib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə təmsilçimiz 1:1 hesablı heç-heçə edərək, Konfrans Liqasının pley-off mərhələsinə yollanıb.

Oyunsonrası mətbuat konfransında 50 yaşlı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Qələbə qazana, bacara bilərdik. Az qalmışdı. Ötən 14 oyuna azacıq toxunmaq istərdim. “Lex”lə oyundan bugünə kimi bütün matçlarımızda çox yaxşı mübarizə, Avropa təcrübəsi, inamlı oyun sərgilədik. Futbola maraq göstərən azərbaycanlılar tərəfindən maraqlı il oldu. Hər yerdə oyunlarımıza baxdılar. Ümumi futbol ili oldu. Bütün azərbaycanlılara təşəkkür edirəm. Başda mən olmaqla, bütün komanda olaraq daim xalqımızı düşündük. Çalışdıq ki, onları sevindirək. Nəticədən razı qalıb-qalmadıqlarını bilmirəm. Mən çox razı qaldım. İstirahət etməyə vaxtımız da yoxdur. Futbolçularım çox yorğundurlar. Məncə, bu il futbolçular futbolun dadını hiss elədilər. Bəlkə də, Azərbaycan futbolu üçün böyük təcrübə oldu”. Apasport

Həmçinin oxuyun

“Neftçi” azarkeşlərindən klub prezidentinə etiraz – “İstefa!”

Misli Premyer Liqasının 16-cı turunda “Neftçi” əzəli rəqibi “Qarabağ”a ağır məğlubiyyətə uğrayıb – 0:4.Azinforum.az xəbər verir …