Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İdman / Qurban Qurbanov: “Avropa klublarından ciddi bir təklifim yoxdur”

Qurban Qurbanov: “Avropa klublarından ciddi bir təklifim yoxdur”

“Avropa klublarından ciddi bir təklifim yoxdur, olmayıb da. Açığı, bu barədə düşünmürəm”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasını Avropada davam etdirmək ehtimalına münasibət bildirərkən deyib.

46 yaşlı mütəxəssis hazırda karyerasını Azərbaycanda davam etdirməyi üstün tutduğunu söyləyib: “Bir azərbaycanlı kimi Azərbaycan futboluna xidmət etməyi çox istərdim. Bu gün buna, yerli məşqçilərin öz futboçularımızla işləməsinə daha çox ehtiyac var. Hər şeyə real baxmaq lazımdır. Desəm ki, “Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm – bu düzgün olmaz. Bu kluba hörmətsizlik etmək istəmirəm. “Qarabağ”da 11-ci ildir işləyirəm və həmişə sadiq olmağa çalışmışam. Ayrıldıqda da sadiq biri kimi bunu etmək istəyirəm”.

Qeyd edək ki, Q.Qurbanov bir müddət əvvəl paralel olaraq çalışdığı Azərbaycan millisinin baş məşqçisi postunu tərk edib.

Həmçinin oxuyun

Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC prezidenti Deyna Uaytın onun idmana qayıtma ehtimalının olması barədə …