Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Qrupdan çıxmaq şansımız var“ – Millinin baş məşqçisi

“Qrupdan çıxmaq şansımız var“ – Millinin baş məşqçisi

“Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq”.

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Azərbaycan A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə yer alıb. İtaliyalı mütəxəssis bildirib ki, seçmə mərhələ oyunlarınadək qalan 4 aylıq müddətdən hazırlıq üçün səmərəli istifadə etmək lazımdır:

“Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, Avro-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam.

UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …