Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

“Ermənistanın futbol üzrə yığmasında baş məşqçi erməni olmalıdır”.

“Report” “Matç TV”-yə istinadən xəbər verir ki, belə bir millətçi iddia ilə erməni əsilli mütəxəssis Aleksandr Qriqoryan ukraynalı Aleksandr Petrakovun Ermənistanın futbol üzrə millisinin baş məşqçisi vəzifəsinə təyin olunması ilə bağlı xəbərə münasibət bildirərkən çıxış edib.

“Petrakovun təyinatına son dərəcə mənfi baxıram. Mən Ermənistanda doğulmuşam, amma Rusiyada böyümüşəm, söhbət Ermənistan yığmasından gedirsə, həmişə demişəm ki, baş məşqçi erməni olmalıdır”, – Qriqoryan deyib.

Petrakovun Ermənistan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatı yanvarın 14-də açıqlanıb. Mütəxəssis bir neçə gün əvvəl Ukrayna millisi ilə işi başa vurub. Petrakov dəfələrlə uzun müddət Rusiya millisini və Rusiya klublarını bütün növ beynəlxalq yarışlardan uzaqlaşdırmağı tələb edib.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …