Çərşənbə , May 22 2019
Ana səhifə / İdman / Qran-Prinin ilk azərbaycanlı qalibi: O mənə fənd etməyə imkan vermirdi

Qran-Prinin ilk azərbaycanlı qalibi: O mənə fənd etməyə imkan vermirdi

Final görüşüm çox çətin keçdi. Amma qalib gəldim. İnşallah, iyul ayında İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatında və gələnilki Paralimpiya Oyunlarında da çempion olaram.

Bunu paracüdo üzrə Bakıda keçirilən Olimpiadaya lisenziya xarakterli Qran Prinin qalibi olmuş Vüqar Şirinli bildirib. Azərbaycana bu turnirdə ilk çempionluğu qazandıran Şirinli finalda rumıniyalı rəqibi ilə çətin görüşündən və cüdo ilə paracüdo arasında çətinlikdən danışıb:

“Rəqibim B1 (görmə qabiliyyəti olmayan – S.M.) idmançısı olduğundan, kimonomdan tuturdu və mənə fənd etməyə imkan vermirdi.

Mən əvvəl cüdoda da çıxış etmişəm. Cüdo ilə paracüdonun fərqləri çoxdur. Paracüdoda görüşə başlayanda rəqib sənin qolundan tutur və fənd etmək imkanın məhdud olur. Halbuki cüdoda tək əllə mübarizəyə başlayırsan. Burda isə iki əllə tutmasan, sənə xəbərdarlıq edilir”. oxu.az

Həmçinin oxuyun

“ Özümüzdən razı olmaq üçün əsasımız yoxdur” – Yurçeviç

“Optimistəm, oyunlar zamanı stadionun dolu olacağına və azarkeşlərimizin dəstəyi ilə lazımi nəticəni birlikdə qazanacağımıza ümid …