Ana səhifə / İdman / Qolu millimiz vurdu, qələbəni Portuqaliya qazandı

Qolu millimiz vurdu, qələbəni Portuqaliya qazandı

DÇ-2022-nin seçmə mərhələsi start götürüb.

A qrupunda yer alan Azərbaycan millisi bu gün ilk oyununa çıxıb.

Canni de Byazinin yetirmələri son Avropa çempionu Portuqaliya ilə üz-üzə gəliblər. Portuqaliyalılar koronavirus pandemiyası səbəbindən yığmamızı öz ölkəsində deyil, İtaliyanın Turin şəhərində qəbul edib.

Əksəriyyət portuqaliyalılardan asan qələbə gözləsə də, heç də belə olmayıb. Rəqib komanda Maksim Medvedevin 37-ci dəqiqədəki avtoqolu sayəsində hesabı açıb. Millimiz ikinci hissədə Fernando Santosun kollektivindən çəkinmədən mübarizə aparıb. Lakin bu, bərabərlik qolu üçün yetərli olmayıb. Nəticədə Portuqaliya 1:0 hesablı qələbə sayəsində aktivinə 3 xal yazdırıb.

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 30-da Bakıda Serbiyaya qarşı keçirəcək. Buna qədər isə ayın 27-də komandamız Macarıstanda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, I tur
24 mart
23:45. Portuqaliya – Azərbaycan – 1:0
Qol:
 Maksim Medvedev, 37 (öz qapısına)
Baş hakim: Daniel Siebert (Almaniya)

Portuqaliya: 12. Antoni Lopes, 3. Dominqos Duarte, 4. Ruben Dias, 20. Joao Kanselo, 5. Nuno Mendeş, 19. Pedro Neto, 8. Joao Moutinyo, 10. Bernardo Silva, 18. Ruben Neves, 7. Kriştianu Ronaldo (k), 9. Andre Silva
Ehtiyat oyunçular: 1. Joze Sa, 22. Rui Silva, 2. Luiş Neto, 6. Joze Fonte, 11. Bruno Fernandes, 13. Joao Palinya, 14. Serxio Oliveyra, 15. Rafa Silva, 16. Renato Sançes, 17. Dioqo Jota, 21. Sedrik Soareş, 23. Joao Feliks 
Baş məşqçi: Fernando Santos

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 13. Abbas Hüseynov, 6. Vüqar Mustafayev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 7. Anatoli Nuriyev, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 21. Namik Ələskərov, 22. Amil Yunanov
Baş məşqçi: Canni de Byazi
Turin. “Yuventus” stadionu
Apasport.az 

Həmçinin oxuyun

Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazandı

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Mundialın beşinci günündə Azərbaycan millisinin …