Qış Olimpiyadasında ana və oğul birgə yarışdı
Meksikalı dağ xizəkçiləri Sara Şleper və Lasse Hahiola eyni Qış Olimpiya Oyunlarında yarışan ilk ana və oğul oldular.
Belə ki, 18 yaşlı Hahiola slalom yarışında iştirak etsə də, yarışını başa vura bilməyib.
46 yaşlı Şleper isə fevralın 12-si baş tutan “super-G” yarışında 1 dəqiqə 31,37 saniyəyə finiş xəttini keçərək 26-cı yeri tutub.
Qeyd edək ki, daha əvvəl Şleper yeddi Olimpiya Oyununda yarışan ilk dağ xizəkçisi olub.