Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İdman / “Qarabağ”la qarşılaşmaq istəmirəm” – “Qəbələ”nin sabiq baş məşqçisi

“Qarabağ”la qarşılaşmaq istəmirəm” – “Qəbələ”nin sabiq baş məşqçisi

“Azərbaycan adı çəkiləndə məndə müsbət enerji yaranır. Azərbaycan mənim yaddaşımda ən xoş təəssüratlarrla qalıb. Azərbaycanlılar xeyirxah və gözəl xüsusiyyətləri olan xalqdır. Yığma barədə nəsə danışmaq çətindir. Azərbaycan milli komandasının heç bir oyununu izləməmişəm, ancaq nəticəyə baxmışam”.

Bu sözləri “Qəbələ”nin sabiq baş məşqçisi, “Astana” klubunun hazırki çalışdırıcısı Roman Qriqorçuk Qazaxıstan mətbuatına müsahibəsində deyib. O, “Qarabağ”la bağlı da danışıb:

O,  Klub futboluna gəlincə, “Qarabağ” yenə Avropa Liqasının qrup mərhələsində mübarizə apardı. “Qarabağ”a, Qurban Qurbanova böyük hörmət bəsləyirəm. Onlar həm yaxşı futbol oynamağı, həm də çox düzgün çalışmağı bacarırlar. Çox istərdim ki, bu amil “Qarabağ”ın qrup səddini keçərək böyük qazanc əldə etməsinə gətirib çıxarsın. Qəlbən onlara bunu arzulayıram. Ötən il “Neftçi” “Qarabağ”ı çempionluq mübarizəsində ciddi gərginlikdə saxladı. İndi mövsümün yarısından sonra bu komanda əsas rəqibindən geri qalır. Keçmiş futbolçularımdan Daboyla Monroz haqda eşitmişəm ki, elə də yaxşı oynamırlar. Hansı səbəbə görə? Bu barədə nəsə deyə bilmərəm”.

Ukraynalı çalışdırıcı “Azərbaycana qayıdıb, yenidən “Qarabağ”la mübarizə aparmaq istəyirsinizmi?” sualını belə cavablandırıb:

“Qarabağ”la mübarizə aparmaq, bu komandaya müqavimət göstərmək çox çətindir. Onlar çox güclüdürlər, qarşılaşmaq istəmirəm (gülür). Avroliqanın qrupunda “Astana”ya “Qarabağ” rəqib ola bilərdi. Səmimi deyirəm, mən bunu çox da istəmirdim. Digər tərəfdən, onlarla oynamaq maraqlı olardı. Sevdiyim Bakını bir daha görərdim. Ora getmək istəsəm də, təəssüf ki, alınmadı. Ailəm də Bakını görməyi çox istəyir. İsti olanda dənizdən həzz almaq olur. Çox istərdim ki, orada müsbət əlaqələrim olduğum insanlarla görüşüm”.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …