Cümə , Oktyabr 7 2022
Ana səhifə / İdman / “Qarabağ”la oyundan sonra futbolçularda qəzəb var” – “Nant”ın baş məşqçisi

“Qarabağ”la oyundan sonra futbolçularda qəzəb var” – “Nant”ın baş məşqçisi

“Qarabağ”la matçdan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik”.

“Report”un məlumatına görə, bunu Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kambuare Liqa 1-in VIII turunda “Lans”a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis avrokubokda uduzduqları görüşü analiz etdiklərini bildirib: “Bütün diqqətimizi bu qarşılaşmaya yönəltmişik. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Futbolçulara inanıram. Qələbəyə çox ehtiyacımız var”.

Fransalı baş məşqçi Fabionun zədə səbəbindən meydana çıxmayacağını söyləyib.

Qeyd edək ki, bu gün keçiriləcək “Nant” – “Lans” matçı Bakı vaxtı ilə saat 19:05-də başlayacaq. “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransa təmsilçisini 3:0 hesabı ilə məğlub edib.

Həmçinin oxuyun

Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

“Milli komandamızla indiyədək görülən işləri müsbət qiymətləndirdikləri üçün AFFA-ya, xüsusilə də milli assosiayasının prezidenti Rövnəq …