Cümə axşamı , May 26 2022
Ana səhifə / İdman / “Qarabağ”ın sabiq futbolçusu “Fənərbağça”ya inanılmaz qol vurdu – VİDEO

“Qarabağ”ın sabiq futbolçusu “Fənərbağça”ya inanılmaz qol vurdu – VİDEO

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Türkiyə Super Liqasının tarixinə düşüb.

Hazırda “Sivasspor”da çıxış edən braziliyalı yarımmüdafiəçi buna “Fənərbağça” ilə 1:1 hesablı heç-heçə etdikləri XXIII tur oyununda fərqlənməklə nail olub.

74-cü dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atan 32 yaşlı oyunçu İstanbul təmsilçisinə qarşı oynadığı son 3 matçın hamısında rəqibi məyus edib. O, bu qollardan birini “Kayserispor”un, ikisini isə “Sivasspor”un heyətində vurub.

Henrike həmçinin Superliqada ilk dəfə cərimə zərbəsindən fərqlənib.

Qeyd edək ki, Pedro Enrike “Qarabağ”da 2017/2018 mövsümündə icarə əsasında çıxış edib.

https://www.youtube.com/watch?v=bnB3pCDUKAo

Həmçinin oxuyun

Azərbaycanlı boksçu İrəvanda erməni rəqibinə qalib gəlib

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə …