Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / “Qarabağ”ın rəqibi dünya ulduzunu transfer etdi

“Qarabağ”ın rəqibi dünya ulduzunu transfer etdi

“Qarabağ”ın Avropa Liqasında rəqiblərindən olan “Olimpiakos” yeni transferini açıqlayıb.

Azinforum.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi “Real”ın sabiq futbolçusu Marselonu azad agent kimi heyətinə qatıb. 34 yaşlı müdafiəçi ilə bir illik müqavilə bağlanıb. 

Qeyd edək ki, Ağdam təmsilçisi “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-də Bakıda keçirəcək.


Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …