Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / İdman / “Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərib

“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərib

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

“Report” Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis “Aris”ə səfərdə 1:2 hesabı ilə uduzduqları V tur oyunundan sonra istefaya göndərilib.

Qeyd edək ki, ispaniyalı baş məşqçi avqustun 2-də bu posta təyin olunub. “Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Həmçinin oxuyun

2 futbolçu Azərbaycan millisindən kənarlaşdırıldı

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Mİllətlər Liqasının VI tur matçı üçün …