Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / İdman / “Qarabağ”ın oyununa 10 mindən çox bilet satıldı

“Qarabağ”ın oyununa 10 mindən çox bilet satıldı

Şotlandiyada “Aberdin” və “Qarabağ” klubları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa böyük maraq var.

Belə ki, 22 000 min nəfərlik azarkeş tutumuna malik “Pittodri” stadionunda oynanılacaq qarşılaşma üçün 10 000-dən artıq bilet satılıb.
Satışa ümumilikdə 18 000 bilet çıxarılıb. Qiymətlər 6 – 32 funt sterlinq arasında dəyişir.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.

Həmçinin oxuyun

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib. Qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə …