Şənbə , Dekabr 3 2022
Ana səhifə / İdman / “Qarabağ”ın növbəti potensial rəqibləri müəyyənləşir

“Qarabağ”ın növbəti potensial rəqibləri müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olacaq.
“Köhlən atlar” II təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin “Apollon” (Limassol) komandası ilə üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
1-ci qrup
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə) cütünün qalibi
Səpələnməmişlər
“Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi
“Apollon” (Limassol, Kipr)
2-ci qrup
Səpələnmişlər
“Srvena Zvezda” (Serbiya)
HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi
“Jalgiris” (Litva) – “Malmö” (İsveç) cütünün qalibi
Səpələnməmişlər
“Maribor” (Sloveniya) – “Şerif” (Moldova) cütünün qalibi
“Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç)
“Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)Ətraflı
Liqa yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)
“Reyncers” (Şotlandiya)
“Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə) cütünün qalibi
PSV (Niderland)
Səpələnməmişlər
“Monako”
“Midtüllann” (Danimarka) – AEK (Larnaka, Kipr) cütünün qalibi
“Şturm” (Qrats, Avstriya)
“Yunion” (Belçika)
Bu gün həmçinin UEFA Avropa Liqasında da III təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
“Qarabağ” İsveçrə təmsilçisinə iki oyunun yekununda məğlub olacağı halda, UEFA Avropa Liqasında Çempionlar Yolunda çıxış edəcək. Bu cütdə uduzan tərəf Çempionlar Liqasında mübarizəni dayandıran komandalardan birinə rəqib olacaq. Yalnız “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) cütünün Azərbaycan təmsilçisi ilə düşmək şansı yoxdur.
Yəni, “Qarabağ” / “Sürix” duelində uduzan tərəfə 8 cütdən birinin məğlub komandası potensial rəqib olacaq:
“Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya)”Dinamo” (Zaqreb, Xorvatiya) / “Şkupi” (Şimali Makedoniya)HİK (Helsinki, Finlandiya) / “Viktoriya” (Plzen, Çexiya)”Linfild” (Şimali İrlandiya) / “Budyo Qlimt” (Norveç)”Jalgiris” (Litva) / “Malmö” (İsveç)”Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya)”Maribor” (Sloveniya) / “Şerif” (Moldova)”Makkabi” (Hayfa, İsrail) / “Olimpiakos” (Yunanıstan)
Əsas Yol
Səpələnməmişlır”Midtüllann” (Danimarka) / AEK (Larnaka, Kipr) cütünün məğlubu”Dinamo” (Kiyev, Ukrayna) / “Fənərbağça” (Türkiyə cütünün məğlubu).

Həmçinin oxuyun

“Neftçi” azarkeşlərindən klub prezidentinə etiraz – “İstefa!”

Misli Premyer Liqasının 16-cı turunda “Neftçi” əzəli rəqibi “Qarabağ”a ağır məğlubiyyətə uğrayıb – 0:4.Azinforum.az xəbər verir …