Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “Qarabağ”ın keçmiş futbolçusu Ukraynada ağır yaralandı

“Qarabağ”ın keçmiş futbolçusu Ukraynada ağır yaralandı

“Qarabağ”ın sabiq futbolçusu Aleksandr Voskoboynik Rusiya-Ukrayna müharibəsində yaralanıb.
Bu barədə rusiyalı teleşərhçi Aleksey Andronov məlumat verib.
Onun sözlərinə görə, 46 yaşlı veteran futbolçu qondarma Donetsk və Luqansk Xalq respublikalarında səfərbərlik zamanı Rusiya ordusuna cəlb olunub. Voskoboyniklə yanaşı, digər sabiq forvard Vadim Sladki də döyüş əməliyyatlarına qatılıb.
İddiaya görə, hər iki futbolçu öz ölkələrinə qarşı vuruşmağa məcbur ediliblər. Donetskdəki küçə döyüşlərində Sladki öldürülüb, Voskoboynik isə ağır güllə yarası alıb. Onun paytaxt Moskvaya aparıldığı bildirilir.Qeyd edək ki, Aleksandr Voskoboynik 2005-ci ildə Ağdam klubunda çıxış edib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …