Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Qarabağ”ın kapitanı: “Geriyə doğru gedirik”

“Qarabağ”ın kapitanı: “Geriyə doğru gedirik”

“Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadıqov komandanın Çempionlar Liqasından ələnməsindən sonra açıqlama verib.

Kapitan liqadakı müşahidələrindən və klubun hazırki vəziyyətindən söz açıb:

“Bu gün uşaqlarla “Atletiko” və “Çelsi” kimi komandaların bazasına gedirik. Bazaya çatanda görürük ki, artıq 1:0 geridəyik. Orada çoxlu meydançalar var. Bizim futbolçular Azərbaycan çempionatında yaxşı ot örtüyü olan meydança görmürlər. Düşünürəm ki, bunlar bu günün problemləri deyil.

Qlobal dəyişikliklər etməliyik. Fikirləşirəm ki, getdikcə geriləmə baş verir. Bir ildən çox akademiyalardayam. 17-19 yaşlılara baxıram. 21 yaşlılar, onsuz da, göz qabağındadır. Hər il geriyə doğru gedirik. Bu akademiyalar ilə bağlıdır. Akademiyalarda daha yaxşı iş qurulmalıdır. Futbolçular akademiyalardan yetişməlidir. Məhəllədə futbol öyrənə bilməzlər. Bəzi detallara akademiyalarda fikir verilmir. Daha detallı işləmək lazımdır. Çox vaxt ayırmaq lazımdır. Bundan sonra milli səviyyəsində çıxış etmək olar.

Elə mövqelər var ki, onların artıq “nəsli kəsilir”. Məsələn, Azərbaycanda hücumçu yetişmir. Avropa səviyyəsində, milli səviyyədə müdafiəçi yoxdur. Forvardların boyu qısalır. Ya da ağırdırlar deyə topla rəftarları zəifdir. Akademiyalarda belə hallara önəm vermək lazımdır. Futbolumuz uçuruma doğru gedir”. (Publika.az)

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …