Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İdman / “Qarabağ”ın futbolçusu yeni 250 minlik maşın aldı (Foto)

“Qarabağ”ın futbolçusu yeni 250 minlik maşın aldı (Foto)

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Araz Abdullayev özünə yeni avtomobil alıb.

Unikal.org  xəbər verir ki, o, yeni aldığı “Nissan GT-R” markalı avtomobili ilə fotosunu şəxsi İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, Abdullayevin yeni avtomobilinin qiyməti 150 min dollardan (255 min manat) başlayır. 720 at gücündə olan idman avtomobili iki qapılıdır və mühərrikinin həcmi 3,8-dir.

Onu da qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bundan öncə “Maserati” markalı avtomobil sürüdü. O, həmin maşında olan dövlət qeydiyyat nişanını “Nissan GT-R”də istifadə edəcək.

Həmçinin oxuyun

Güləşçilərimiz turnirdə 10 medal qazanıblar

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub. Azərbaycan …