Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İdman / “Qarabağ”ın futbolçusu Avropa Liqasının 5-liyində

“Qarabağ”ın futbolçusu Avropa Liqasının 5-liyində

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra statistik göstəriciləri açıqlanıb.

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda dəqiq ötürmə edən oyunçular siyahısında 5-ci yerdə qərarlaşıb. Braziliyalı futbolçunun 246 ötürməsindən 219-u dəqiq alınıb. Almeyda 89 faiz dəqiqliklə çıxış edib. İlk pillədə isə “Sevilya”nın (İspaniya) müdafiəçisi Jul Kunde qərarlaşıb. Fransalı futbolçu 303 ötürməsindən 295-ini dəqiq yerinə yetirib.

Xatırladaq ki, Bakıda keçirilən “Qarabağ” – APOEL (Kipr) matçı 2:2 hesablı bərabərliklə başa çatıb. Komandalar arasındakı cavab qarşılaşması 7 noyabrda keçiriləcək.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …