Ana səhifə / İdman / “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı azaldı

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı azaldı

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl “Qarabağ”ın potensial rəqiblərinin sayı azalıb.

Azərbaycan təmsilçisi İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq. Bu halda rəqiblər “Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya) və “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütlərinin qalibləri, eləcə də Kiprin “Apollon” (Limassol” komandası olacaq.
Qeyd edək ki, iyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …