Şənbə , Sentyabr 23 2023
Ana səhifə / İdman / “Qarabağ”ın cavab oyununa fransalı hakimlər təyinat aldı

“Qarabağ”ın cavab oyununa fransalı hakimlər təyinat aldı

Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək HİK – “Qarabağ” cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

AzVision.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Fransa Futbol Federasiyasından Villi Delayod idarə edəcək. Ona həmyerliləri Ervan Finyean, Filip Jeanne köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 17-i Finlandiyada keçiriləcək HİK – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Həmçinin oxuyun

“Bu qalibiyyəti ordumuza həsr edirəm” – Qurban Qurbanov

“Bu qalibiyyəti ordumuza həsr edirəm”. Bu barədə Avropa Liqasının qrup mərhələsində ilk oyunun çıxan “Qarabağ” …