Şənbə , Noyabr 16 2019
Ana səhifə / İdman / “Qarabağ”ın Avroliqadakı oyunlarının başlama saatı dəyişdi

“Qarabağ”ın Avroliqadakı oyunlarının başlama saatı dəyişdi

Bu gün, oktyabrın sonuncu bazar günü bir çox Avropa ölkəsinə qış vaxtına keçidlə əlaqədar olaraq saat əqrəbləri bir saat geri çəkilib.
Qol.az xəbər verir ki, bu səbəbdən Avropada bir sıra önəmli idman yarışlarının başlama saatında avtomatik dəyişilik olacaq.
Məsələn, bundan sonra Çempionlar Liqasının və Avropa Liqasının Avropa ölkələrində keçiriləcək oyunları bu mövsümdə bu günə qədər olduğu kimi, Bakı vaxtı ilə saat 20.55 və 23.00-da deyil, 21.55 və 00.00-da başlanacaq. Bu proses gələn həftədən başlayaraq gələn ilin martın son bazar gününə, Avropada yay vaxtına keçid olana qədər davam edəcək.
Bu, Avroliqanın qrupunda yarışan “Qarabağ”ın səfər oyunlarına da təsir edəcək. Ağdam klubunun APOEL-lə səfər matçı Bakı vaxtı ilə saat 21.55 (7 noyabr), “Sevilya” ilə görüşü isə 00.00-da (29 noyabr, İspaniyada 28 noyabr) başlanacaq.
Xatırladaq ki, Azərbaycanda qış və yay vaxtına keçid ləğv olunub.

Həmçinin oxuyun

“Optimist olmalıyıq ki…” – Millimizin baş məşçisi

“Beş gündür təlim-məşq toplanışındayıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Macarıstanla oyundan əvvəl olduğu kimi, yenə də zədə …