Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Qarabağ”dan tarixi zəfər – 8-ci dəfə Avrokubokların qrup mərhələsində

“Qarabağ”dan tarixi zəfər – 8-ci dəfə Avrokubokların qrup mərhələsində

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Şotlandiyada “Aberdin”in qonağı olub.

Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib və qrup mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşma “köhlən atlar”ın üstünlüyü şəraitində keçib. 8-ci dəqiqədə Toral Bayramov cərimə meydançasında qüvvətli zərbə ilə hesabı açıb. Bundan 10 dəqiqə sonra komandanın yeni transferi Kadi Borges şotlandiyalıları növbəti dəfə mərkəzə dəvət edib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarıda da Azərbaycan təmsiçisi matça nəzarəti əlində saxlayıb. Meydan sahiblərinin hücumları isə nəticəsiz qalıb. Əvəzində 72-ci dəqiqədə Abdullah Zubir fərqi 3 topa çatdırıb. 90+2-ci dəqiqədə Luis Ferqyusson penaltidən fərqlənərək təsəlli qoluna imza atıb.

Beləliklə, “Qarabağ” ardıcıl 8-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində 6, Çempionlar Liqasının qrupunda isə bir dəfə mübarizə aparıb.

Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …