Ana səhifə / İdman / “Qarabağ“a uduzan “Neftçi”nin baş məşqçisi: “Çox utanıram“

“Qarabağ“a uduzan “Neftçi”nin baş məşqçisi: “Çox utanıram“

“Danışılası çox şey yoxdur. Oyundan öncə hazırladığımız heç bir şeyi meydanda həyata keçirmədik. Bu cür matçlarda ürəklə oynamaq, mübarizə aparmaq, qaçmaq lazımdır. Bunları etməyəndə çətin olur. Nəticəyə görə üzülürəm, azarkeşlərin qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Vaxtımız yoxdur, çünki, qarşıda bizi kubok oyunu gözləyir. Çox çətin olacaq”. 

Bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ”a uduzduqları oyundan (0:4) sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi məğlubiyyətə görə hər kəsin məyus olduğunu bildirib: “Bu məğlubiyyət məni çox şey haqda düşünməyə məcbur edir. İlk edəcəyim şey oyuna bir daha baxmaqdır. Sabah məşqimiz var. Oyundan sonra paltardəyişmə otağında danışdıq. Hamı məyusdur. Amma bu, kifayət etmir. Oyun ərzində “Qarabağ”la mübarizə aparmadıq. Azarkeşlərin belə oyundan sonra narazı olması normaldır. Bu, soyuq duşdur. Hər birimiz güzgüdə özümüzə baxıb, təhlil etməliyik”.

Həmçinin oxuyun

Mariya Stadnik reytinq turnirini medalsız başa vurub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyada keçirilən “Zaqreb Open” turnirini medalsız başa vurub.Azinforum.az -ın məlumatına görə, …